AZAL qış uçuş cədvəlini açıqladı


12:56     28 Oktyabr 2019 2019/10/1220b6f8-57bd-47bc-905f-7140c936c442_1572253046.jpg


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) oktyabrın 27-i tarixindən etibarən qış uçuş cədvəli qüvvəyə minib.


Bu barədə Femida.az-a AZAL-dan bildirilib. Qış uçuş cədvəli çərçivəsində Bakıdan aşağıdakı istiqamətlər üzrə birbaşa reyslər həyata keçiriləcək:⠀⠀

- Almatı
- Ankara
- Antalya
- Pekin
- Berlin
- Dubay
- Gəncə
- İstanbul
- Ciddə
- Küveyt
- London
- Milan
- Moskva
- Naxçıvan
- Nyu-York
- Paris
- Sankt-Peterburq
- Tel-Əviv⠀


Həmçinin 20-dən çox istiqamət üzrə uçuşlar "code-share" tərəfdaş aviaşirkətlər ilə birlikdə yerinə yetiriləcək. Gəncədən Bakı və Moskvaya reyslər, həmçinin Sankt-Peterburqa çarter reysləri həyata keçiriləcək. Lənkərandan Moskvaya birbaşa reyslər həftədə bir dəfə olmaq ilə davam etdiriləcək. Qış uçuş cədvəli 28 mart tarixinədək qüvvədə olacaq.

Femida.az

Açar sözlər: #AZAL   #uçuş  

Oxunub: 784