Paşinyan oğurlanan pullarla hərbi büdcəni artırmağa ümid edir


13:50     28 Oktyabr 2019 19_10_28_1572255139.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan korrupsiyaya qarşı mübarizə və oğurlanan pulların büdcəyə qaytarılması yolu ilə orduya ayrılacaq vəsaitin həcmini artırmağa ümid edir.

Azvision.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan bu barədə İrəvan parlamentində keçirilən büdcə dinləmələrində deyib.
Onun sözlərinə görə, Ermənistanda müdafiə xərcləri 2020-ci ilin dövlət büdcəsi layihəsinə uyğun olaraq artacaq. Paşinyan bildirib ki, müdafiə büdcəsinin həcmi baxımından bəzi qanunvericilik məhdudiyyətləri var. Belə ki, bu, ölkə ÜDM-nin 4%-dən çox olmamalıdır.

"Ancaq eyni zamanda etiraf etməliyəm ki, 2020-ci ildə bir qədər fərqli məntiqə uyğun qurulacaq xərclər planlaşdırılır", - deyə Paşinyan qeyd edib.

Ermənistanın baş naziri ümid edir ki, korrupsiyaya qarşı mübarizə və oğurlanan vəsaitlərin büdcəyə sonradan qaytarılması ordunun ehtiyaclarını ödəmək üçün əlavə vəsaitin ayrılmasına imkan verəcək.

Qeyd edək ki, ötən il işğalçı ölkənin hərbi xərcləri 609 milyon dollar təşkil edib.

Açar sözlər:

Oxunub: 496