ABŞ hərbçiləri yenidən Suriyaya qayıtdı


14:29     28 Oktyabr 2019 2019/10/abs-suriye-herbci_1572258677.jpg

Suriyadan İraqa təxliyə edilmiş 500-ə yaxın ABŞ hərbçisi Suriyanın şimal-şərq bölgəsindəki hərbi bazaya qayıdıb.


Femida.az-ın xəbərinə görə, bu barədə "Aşarq əl-Avsat" qəzeti məlumat yayıb.

Bildirilib ki, ABŞ ordusunun 500-ə yaxın hərbçisi, habelə hərbi texnika İraqdan Suriyanın şimal-şərqində yerləşən hərbi bazaya gəlib.

Bir neçə gün öncə "Al Vatan" qəzeti ABŞ ordusuna məxsus hərbi yük maşınından ibarət karvanın İraq-Suriya sərhəddindəki əl-Valid keçid məntəqəsindən keçərək Suriyanın Haseke əyalətinə daxil olduğunu yazıb.

Femida.az

Açar sözlər:

Oxunub: 178