Tapançaya oxşar alətlə satıcını qorxudub köşkü qarət etdi


14:47     28 Oktyabr 2019 hebs5.jpg

Quldurluqda şübhəli bilinən Xırdalan şəhər sakini tutulub.

Femida.az DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də saat 5 radələrində Xırdalan şəhəri ərazisindəki köşklərdən birinin qarşısında orada işləyən M.Qasımlını tapançaya oxşar əşya ilə hədələyərək 70 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 488


Oxşar xəbərlər