Vəkil olmaq istəyənlərin nəzərinə! - İmtahan keçiriləcək


15:04     28 Oktyabr 2019 19_10_28_1572260806.jpg


Vəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!


31 oktyabr 2019-cu il tarixdə Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub. Femida.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada həyata keçiriləcək və imtahanda 245 namizəd iştirak edəcək.

İmtahanda iştirak edəcək namizədlərdən şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməklə 31 oktyabr 2019-cu il tarixdə saat 09:00-da Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzinə gəlmələri xahiş olunur.

Əlavə məlumar üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.

Femida.az

Açar sözlər: #vəkillər   #kollegiya   #imtahan  

Oxunub: 1450