Silahlı şəxs tutuldu
16:05 28 Oktyabr 2019
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbiri üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Nəsimi rayon sakini Samir Məmmədov Ziya Bünyadov prospektində tutulub. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança və silahın sandıqçasından 8 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Qeyd edilən faktla S.Məmmədov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Femida.az
Oxunub: 536
Oxşar xəbərlər
- Silahlılar kəndə hücum edərək bir körpəni öldurüb, xəsarət alanlar var
- Silahlı Qüvvələrin hərbçiləri “İgidliyə görə” medalı ilə təltif edilib - SİYAHI
- Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib
- Silahlı Qüvvələrin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə dəyişiklik edilib
- Silahlı Qüvvələrdə törədilən cinayətlərin sayı açıqlanıb
- Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu
- Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı
- Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub
- Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu
- Silahlı Qüvvələr Gününə həsr olunan konsert proqramı hazırlanıb