Bolqarıstanın xarici işlər naziri Qarabağla bağlı bəyanat verdi


16:20     28 Oktyabr 2019 2019/10/yekaterina_zaxariyeva_1572265198.jpg

"Qarabağ münaqişəsi ATƏT Minsk qrupunun himayəsi altında həll olunmalıdır".


Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın xarici işlər naziri Yekaterina Zaxariyeva deyib.

Bolqarıstanın Azərbaycan qazını satın alması və Qarabağ münaqişəsi ilə bağlı mövqeyi barədə sualı cavablandıran nazir bildirib ki, bu, vacib proqramdır:

"Regionda sabitlik, rifah və dondurulmuş münaqişələrin nizamlanması Aİ üçün prioritetdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə yolu ATƏT Minsk qrupunun himayəsi altında dinc dialoqdur. Regionda dondurulmuş münaqişələr çoxdur. Onları danışıqlar yolu ilə həll etmək lazımdır ki, iqtisadi inkişafa mane olmasın. Bizim Cənubi Qafqaza xüsusi yanaşmamız mövcuddur".

Femida.az

Açar sözlər:

Oxunub: 1059