İranın 5 hərbçisi öldürüldü - SURİYADA


17:20     19 Noyabr 2015 139404181904058475658264.jpg


İran İnqilab Keşikçiləri Korpusu “Sepah”-ın daha 5 üzvü, Məhəmmədrza İbrahimi, Behzad Seyfi, Səttar Abbasi, Məhəmmədcavad Qurbani və İman Xəzai Nejad Suriyada gedən döyüşlərdə həyatını itirib.


Yayılan məlumatlara görə, Bəşər Əsəd rejimini qorumaq üçün Suriyaya göndərilmiş “Sepah”çılar, bir neçə gün əvvəl bu ölkənin Hələb şəhərində və şəhərdən kənar rayonlarda İŞİD qüvvələri tərəfindən öldürülüb. Öldürülənlər arasında Məhəmmədrza İbrahimi, “Sepah”ın İranın Felavercan şəhərindəki komandirlərindən biri olub. “Sepah”çıların Suriyaya nə vaxt göndərildiyi haqda hər hansı bir məlumat yoxdur.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd hökumətini dəstəkləmək üçün bu ölkəyə göndərilmiş “Sepah”ın onlarla komandir və əsgəri İŞİD-çilərlə qarşıdurmalarda həlak olub.

Açar sözlər:

Oxunub: 1160