Sabahdan Sabunçuya elektrik qatarlarının hərəkəti bərpa edilir


19:24     28 Oktyabr 2019 president_yeni_qatarlar_030615_01.jpg

Sabahdan elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkəti bərpa olunacaq.

Bu barədə Femida.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunur:

"Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır".

Qeyd edək ki, avqust 26-dan Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 483