Gəncədə yol qəzasında ölən tələbələrin adları məlum olub


09:27     29 Oktyabr 2019 19_10_29_1572326937.jpg

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili ilə “Lada Priora” markalı minik maşını toqquşub. Zərbənin gücündən sonuncu avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində “Lada Priora”da olan iki sərnişin ölüb. bir nəfər xəsarət alıb. İlkin məlumata görə, dünyasını dəyişənlər tələbə olub.DYP əməkdaşları hadisə yerinə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

Gəncədə yol qəzasında ölən gənclərin adları məlum olub.

Onlar - 2000-ci il təvəllüdlü Bayramlı İkram Arif oğlu və onun yaşıdı Məmmədli Eldar Kərim oğludur.

Qeyd edək ki, qəzada ölənlərin hər ikisi Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 475