Neftimiz ucuzlaşdı
10:00 29 Oktyabr 2019
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,65 ABŞ dolları və yaxud 0,98% azalıb.
Femida.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,35 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Femida.az
Oxunub: 443