Çində avtodayanacaq çöküb, 8 nəfər ölüb


12:43     29 Oktyabr 2019 2019/10/13319cc9-ea2d-47b1-9e02-1bf86bde2158_1572338412.jpg

Çinin Quyçjou əyalətində avtomobil dayanacağının çökməsi nəticəsində 8 nəfər ölüb, daha 2 nəfər yaralanıb.


Femida.az RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Quyyan şəhərində baş verib.

İnşaat işlərinin aparıldığı avtodayanacaq çökərkən orada 14 nəfər olub. Onlardan 3-ü dağıntılardan yayınıb, 1-ni tez xilas etmək mümkün olub.

Dağıntılar altında qalmış 10 nəfər xilasedicilər tərəfindən aşkar edilib. Onlardan 8-i ölü halda olub. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 339