Azərbaycanda DƏHŞƏT: Dini qruplaşmanın üzvü olan ata 13 yaşlı qızını ərə verir +VİDEO
13:11 29 Oktyabr 2019
Azərbaycanda radikal dini qruplaşmanın üzvü olan ata 13 yaşlı qızını ərə verir.
Femida.az xəbər verir ki, hələlik kimliyi açıqlanmayan radikal dindar 6 ildir bu qruplaşmanın üzvüdür.
Qızının talehindən narahat olan ana "Səni axtarıram" proqramına gələrək kömək istəyib:
"Uşaqlarımın atası 5 ildir radikal dini qruplaşmaya qoşulub. Onların inancına görə, qız uşağını 13 yaşında ərə vermək olar. Mənə deyir ki, qızımızı 13 yaşı var, artıq ərə verməliyəm. Özünün qruplaşmasından olan birinə, dindara ərə vermək istəyir.
Axırıncı 5 aydır bu söhbət gedir. Bu ildən artıq məktəbə getməyə də icazə vermir. Dərslər başlanandan bəlkə də 5 gün dərsə gedib. Məktəb direktoru və müəllimlər də bundan xəbərdardır. Övladımı düşünüb hər şeyi gözə almışam".
Adı gizli saxlanılan 13 yaşlı qız anasının sözlərini təsdiqləyib və atasının ona "səni evləndirəcəm" dediyini söyləyib.
Oxunub: 533
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"