Rusiya Müdafiə naziri Ermənistanda səfərdədir


13:33     29 Oktyabr 2019 19_10_29_1572341400.jpg

Rusiya Müdafiə naziri ordu generalı Sergey Şoyqu Ermənistanda işgüzar səfərdədir.

Femida.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, səfər zamanı S. Şoyqu Gümrüdə 102-ci Rusiya hərbi bazasını yoxlayacaq.

Rusiyanın Müdafiə naziri Yerevanda ermənistanlı həmkarı David Tonoyanla görüşəcək. Görüş zamanı hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Rusiya Müdafiə nazirinin Ermənistanın siyasi rəhbərliyi ilə də görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, S. Şoyqu sabah Bakıda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasına qatılacaq.

Açar sözlər:

Oxunub: 534