Bu qurum işçilərinə 700 min manat maaş verib


14:21     29 Oktyabr 2019 mtrs.jpg

2018-ci ildə Milli Televiziya və Radio Şurası (MTRŞ) 3,866 milyon manat gəlir əldə edib.


Bunun 3,86 milyon manatı qeyri-birja əməliyyatlarından, 6 min manatı isə sair əməliyyatlardan əldə olunub.

Ötən il MTRŞ-nın xərcləri isə 3,877 milyon manat, o cümlədən əmək haqqı xərcləri 698 min manat, televiziya kanallarına ödəmələri 3 milyon manat, material xərcləri 20 min manat, amortizasiya xərcləri 21 min manat, sair əməliyyat xərcləri isə 138 min manat təşkil edib.

Xatırladaq ki, MTRŞ 2002-cidə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılıb. Şuranın əsas vəzifəsi televiziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 478