Prezident Böyük Britaniya Baş Nazirinin ticarət elçisini qəbul edib
15:12 29 Oktyabr 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.
Femida.az xəbər verir ki, Azərbaycan ilə Böyük Britaniya arşında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini bildirən dövlət başçısı enerji sahəsində Böyük Britaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb.
Prezident İlham Əliyev qeyri-neft sektorunda əməkdaşlığın inkişafı üçün də geniş imkanların olduğunu deyib. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin genişlənməsində Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rolunu qeyd edib.
Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu deyən Baronessa Emma Nikolson iqtisadi, ticari, mədəni və humanitar sahələrdə əlaqələrimizin inkişafı üçün səylərini əsirgəmədiyini bildirib. O, Azərbaycana səfəri çərçivəsində çoxsaylı görüşlər keçirdiyini, Muğam Mərkəzində olduğunu və bu Mərkəzin onda böyük təəssürat yaratdığını deyib.
Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı, səhiyyə, elm, təhsil, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlığın inkişafına dair geniş fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 402
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib