İlham Əliyev Ağdaşda məktəb tikintisi üçün 1 milyon manat ayırdı


15:15     29 Oktyabr 2019 2019/10/05fbee9c-bfc6-4bf1-8c11-c5c6d1d296a3_1572347783.jpg


Prezident İlham Əliyev Ağdaş rayonunun Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, sərəncamla Ağdaş rayonunun Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 649