Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə yeni baş direktor təyin olunub


15:58     29 Oktyabr 2019 2019/10/35db824662d862_1572350397.jpg

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (IAEA) yeni baş direktor təyin olunub.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, IAEA-nın İdarə Heyətinin qərarı ilə Argentinanın daimi nümayəndəsi olan Rafael Qrossini Agentliyin baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2009-cu ildən Agentliyə rəhbərlik edən sabiq baş direktor Yukiya Amano bu ilin iyulun sonlarında vəfat edib.

Femida.az

Açar sözlər:

Oxunub: 351