Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq müzakirə edilib


16:17     29 Oktyabr 2019 2019/10/56e765e3-36c6-4fa3-82bd-3a714c2a9c49_1572351482.jpg

Oktyabrın 29-da Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qerqiyevlə görüşüb.


Bu barədə Femida.az-a Komitədən məlumat verilib.

Vladimir Qerqiyevi salamlayan T.Budaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara uyğun olaraq ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi islahatlardan danışıb. Milli statistika sisteminin təkmilləşdirilməsi, həmçinin Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işləri diqqətə çatdıran Komitə sədri Dövlət Statistika Komitəsinin nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən xarici ölkələrin statistika qurumları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qerqiyev öz növbəsində səmimi görüşə görə təşəkkür edib, təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşdə Dövlət Statistika Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatı arasında cari əməkdaşlıq əlaqələri və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 441