Göygöldə çoban itkin düşüb


16:33     29 Oktyabr 2019 coban2.jpg

Göygöl rayonunda çoban itkin düşüb.


Femida.az xəbər verir ki, hadisə rayonun Firuzabad qəsəbəsindəki fermada baş verib.

Həmin fermada özünü kimsəsiz kimi göstərərək çoban işləyən, Şamaxı rayon Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Əlləzov Məmməd İbrahimxəlil oğlu oktyabrın 27-də səhər saatlarında fermadan çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 402