60 ailənin istifadə etdiyi naqilləri kəsdi


18:12     29 Oktyabr 2019 2019/10/naqil-tok_1572353954.jpg

Şəmkir rayonu ərazisində oğurluq edən şəxs saxlanılıb.

Femida.az xəbər verir ki, Şiştəpə kənd sakini, əvvəllər məhkum olunmuş R.Əliyev elektrik naqillərini oğurlamaqda şübhəli bilinir.

Belə ki, Əliyev Sabirkənd kəndinin ərazisində 60 ailənin istifadə etdiyi 4 subartezian quyusunu elektrik enerjisi ilə təmin edən naqillərin 106 metrlik hissəsini kəsərək onları aparıb.

Femida.az

Açar sözlər:

Oxunub: 473