Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir


19:16     29 Oktyabr 2019 19_10_29_1572354424.jpg


Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının döyüş potensialı yeni silahlarla və hərbi texnika ilə təchiz olunandan sonra “ikiqat” gücləndiriləcək.


Femida.az xəbər verir ki, bu barədə hərbi bazanın komandiri, polkovnik Nikolay Martınyuk Rusiyanın müdafiə naziri Sergey Şoyquya raport verib. Şoyqu bu gün Ermənistana səfəri çərçivəsində Gümrüdəki hərbi bazaya baş çəkib.

Cənub hərbi Dairəsinin qərargah rəisi, general-leytenant Sergey Kuzovlev isə müdafiə nazirinə məruzə edib ki, baza maddi-texniki vasitələrlə və silahlarla tam ölçüdə təchiz edilib.

Qeyd edək ki, Rusiya son illər 102-ci hərbi bazanı yeni nəsil döyüş təyyarələri və vertolyotları, zirehli texnika və radioelektron mübarizə vasitələri ilə təchiz edir.

Femida.az

Açar sözlər: #Rusiya   #Ermənistan  

Oxunub: 472