FHN-in idmançısı beynəlxalq turnirdə mükafat qazanıb


17:59     29 Oktyabr 2019 2019/10/79f35c49f6a9adadf4cbe3fc462336e8_1572354633.jpg

Oktyabrın 19-da Sloveniyanın Qradeç şəhərində cüdo üzrə “Karoşka” açıq beynəlxalq turniri keçirilib.


Fövqəladə Hallar Nazirliyindən Femida.az -a verilən məlumata görə, 23 ölkədən 520-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin idmançısı Nigar Şahməmmədova mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 44 kiloqram çəki dərəcəsində yarışın gümüş medalına layiq görülüb.

FHN-in İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev gənc idmançını qəbul edərək onu qazandığı nailiyyətə görə təbrik edib, gələcək yarşlarda müvəffəqiytlər arzulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 476