Tramp İŞİD liderini əvəz edəcək şəxsin də öldürüldüyünü açıqlayıb


21:05     29 Oktyabr 2019 19_10_29_1572364148.jpg

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadini əvəz edəcək şəxs də öldürülüb.


Femida.az -ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib.

Onun sözlərinə görə, əl-Bağdadinin xələfi ABŞ hərbçiləri tərəfindən məhv edilib.

“Çox güman ki, o ən yaxşı yeri tutacaqdı. Artıq o da ölüdür!”, - deyə D. Tramp vurğulayıb.

ABŞ Prezidenti öldürülən terrorçunun adını açıqlamayıb.

Qeyd edək ki, Prezident D. Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib. İŞİD-in yeni liderinin Abdullah Qardaş olması barədə məlumatlar yayılıb.

Açar sözlər:

Oxunub: 463