Lənkəranda baş həkimi qətlə yetirən şəxsin şikayəti təmin edilməyib


20:15     29 Oktyabr 2019 19_10_29_1572364290.jpg

Şirvan Apelyasiya Məhkəməsində Lənkəranda qətl törədən şəxsin apelyasiya şikayətinə baxılıb.


Femida.az -ın məlumatına görə, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Abbasov Vüqar Həmid oğlunun apelyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2017-ci il martın 18-də Lənkəranın Xolmilli kəndində qətl hadisəsi baş verib. Belə ki, Lənkəran rayonunun Xollmilli kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Abbasov dostu - 1974-cü il təvəllüdlü Fail Xudaverdi oğlu Hüseynovla kənd həkim ambulatoriyasının baş həkimi, rayonun Vel kənd sakini, 1950-ci il təvəllüdlü Vahab Səfərovu onun evində çəkiclə başına vuraraq qətlə yetirib. Evə basqında iştirakçı olan digər şəxs - Fail Xudaverdiyev rayon polis şöbəsinin müvəqqəti saxlama kamerasında polisin silahı ilə özünü güllələyərək intihar edib.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Abbasov CM-nin 120.2.1, 120.2.11, 181.3.3 maddələri ilə təqsirli bilinərək 19 il 6 ay azadlıqdan məhrum edilib.

Açar sözlər:

Oxunub: 591