Yəməndə Müdafiə nazirinə raketlərlə hücum etdilər


20:34     29 Oktyabr 2019 19_10_29_1572364698.jpg

Husilər Yəmənin Marib şəhərində Müdafiə naziri Məhəmməd əl-Makdisinin iclası zamanı ofisə raketlərlə hücum ediblər.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bombalanan ofisdən Makdisi sağ qurtulsa da, iki əsgər dünyasını dəyişib. Hücumla bağlı Husilərdən hər hansı açıqlama gəlməyib.

Qeyd edək ki, Yəmənin qərbindəki Marib bölgəsi Husilərin nəzarətindədir.

Açar sözlər:

Oxunub: 602