FHN dənizdəki partlayışla bağlı məlumat yaydı


20:22     29 Oktyabr 2019 19_10_29_1572366160.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata görə, Bakı şəhərinin Pirallahı rayonunda, dənizdə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Femida.az -ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən müvafiq işlər aparılır.

Əlavə məlumat veriləcək.

Açar sözlər:

Oxunub: 547