“Türkiyə Qarabağ məsələsində Azərbaycanı birmənalı dəstəkləyir” - Spiker


21:43     29 Oktyabr 2019 19_10_29_1572366453.jpg

"Türkiyə ötən 96 ildə böyük inkişaf yolu keçib. Bu gün Türkiyə dünyada güclü dövlət kimi tanınır. Türkiyə ilə Azərbaycan arasında sıx qardaşlıq əlaqələri mövcuddur".


Femida.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində təşkil olunan rəsmi qəbulda deyib.

Parlament sədri bildirib ki, indiyədək Azərbaycanla Türkiyə arasında 240-dan çox sənəd imzalanıb: "İki ölkə arasında böyük iqtisadi-ticari əlaqələr var. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin möhkəmlənməsində parlamentlərarası dostluq qruplarının böyük rolu var. Qardaş dövlətlərimiz beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirlər və bir qayda olaraq mövqelərimiz üst-üstə düşür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə ölkəmizin haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir. İki ölkənin dövlət başçılarının qardaş münasibətləri dövlətlərimiz və xalqlarımız arasındakı əlaqələrə öz müsbət təsirini göstərir".

Açar sözlər:

Oxunub: 535