Yol polisi Gəncədə kütləvi reydlərə başlayıb


09:05     30 Oktyabr 2019 reyd.jpg

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları şəhər ərazisində reyd keçirib.

Femida.az-ın məlumatına görə, gecə saatlarında başlayan kütləvi reyd şəhərin bir neçə ərazisində avtomobillərin sıx olan yerində baş tutub.

Reyd zamanı yol hərəkəti qaydalarını pozan 40-dan artıq sürücüyə protokol tərtib edilib. Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, nəqliyyat vasitələrinin ön, arxa şüşələrinə qanunla icazə verilməyən pərdə vuran, sürət həddini aşan, qarşı hərəkət zolağına çıxan bir neçə sürücü saxlanılaraq yol hərəkəti qaydasını pozduqlarına görə barələrində protokol tərtib edilib.

Həmçinin yoxlamalar zamanı sürücülük hüququ olmadan avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Eyni zamanda, başqa qayda pozuntularına görə cərimələnənlər də olub. Konstruksiya dəyişikliyinə görə saxlanılan sürücülərin avtomaşınları cərimə meydançasına aparılıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin DYPİ-nin baş inspektoru Hacı Həsənov Femida.az-a bildirib ki, reydin keçirilməsində əsas məqsəd qayda pozan sürücüləri aşkar etmək və baş verə biləcək qəzaların qarşısını almaqdan ibarətdir. Baş inspektor onu da əlavə edib ki, bu cür reydlər şəhər ərazisində davamlı olacaq.

Açar sözlər:

Oxunub: 438