Qəbələdə ayı əti satmaq istəyən saxlanılıb
10:16 30 Oktyabr 2019
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı “VAZ-2106” markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib. Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub.
Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ rayon Prokurorluğuna göndərilib.
Femida.az
Oxunub: 506
Oxşar xəbərlər
- Qəbələdə 35 yaşlı qadın itkin düşüb - FOTO
- Qəbələdə kişi meyiti aşkarlanıb
- Qəbələdə avtomobil ağaca çarpılıb, ata ölüb, oğlu xəsarət alıb
- Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Qəbələdə tələbə tüfənglə özünü öldürüb
- Qəbələdə qanunsuz ağac kəsimi ilə bağlı cinayət işi başlanılıb
- Qəbələdə meşədə yanğın başlayıb
- Qəbələdə qətlə yetirilən qadının ərinin sevgilisi də tutulub
- Qəbələdə gənc qadını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
- Qəbələdə bazar yanır