Venesiya Komissiyası Ermənistandakı vəziyyətdən narahatdır


10:23     30 Oktyabr 2019 2019/10/canibuki_1572416999.jpg

Avropa Şurası Venesiya Komissiyasının prezidenti Cani Bukikio Ermənistan hökuməti ilə Konstitusiya Məhkəməsi arasındakı münaqişədən ciddi narahatlığını ifadə edib.


Femida.az Azvision.az-a istinadən xəbər verir ki, Venesiya Komissiyasının prezidenti bununla bağlı bəyanat verib.

Bəyanatda deyilir: “Son aylar Ermənistandakı prosesləri yaxından izləyirəm və bir tərəfdən hökumətlə parlament, digər tərəfdən Konstitusiya Məhkəməsi ilə açıq qarşıdurmadan narahatam. Hadisələrin belə tez əvəzlənməsi problemlərin həllinə kömək etmir".

VK prezidenti vurğulayıb ki, Konstitusiya Məhkəməsi konstitusiya dəyərlərinin qorunması həvalə olunan müdafiə institutudur. Demokratik ölkələrdə bütün dövlət qurumları və vəzifəli şəxslər öz öhdəliklərinə hörmətlə yanaşmalı, eyni zamanda digər qurumların hüquqlarını tanımalı və hörmət etməlidirlər. Onlar müvafiq prosedurlara riayət etməlidirlər.

“Əgər bu, baş verməzsə, kifayət qədər demokratik mədəniyyət və tamlıq olmazsa, dövlət qurumlarının fəaliyyətinə təhlükə yaranacaq, cəmiyyətin demokratik, vətəndaş və iqtisadi tərəqqisi təhlükə altına düşəcəkdir. Bu, həyəcanverici vəziyyəti yüngülləşdirmək və Ermənistan konstitusiyasının normal fəaliyyətini bərpa etmək üçün bütün tərəfləri təmkinli olmağa, qarşılıqlı hörmət və konstruktiv institusional əməkdaşlığa çağırıram", - deyə Venesiya Komissiyasının prezidenti əlavə edib.


Femida.az

Açar sözlər: #Venesiya_Komissiyası   #Ermənistan   #Məhkəmə  

Oxunub: 713