"Son dəyişikliklər islahat prosesinin növbəti dərinləşdirilmiş mərhələsidir" - Politoloq


11:01     30 Oktyabr 2019 19_10_30_1572420486.jpg


“Prezidentin son islahatları çox mühüm addım idi. Bu, dövlətimizin modernləşməsi, dövlət idarəçiliyimizin effektivliyinin, səmərəliliyinin artırılması yolunda vacib rol oynayır”.


Bu fikirləri Femida.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. O, bildirib ki, kadr islahatları ümumi islahatlar prosesinin bir hissəsidir:

“Əvvəlcə kadr məsələsini uğurlu həll etdikdən sonra digər məsələləri daha tez, səmərəli şəkildə həll etmək olar. Amma əslində bilirik ki, islahatlar yeni başlamayıb. Son dəyişikliklər islahat prosesinin növbəti dərinləşdirilmiş mərhələsidir. Artıq illərdir bu proses davam edir. Xüsusilə kadr islahatları, gənclərin idarəetmədə rolunun artırılması ilə bağlı qətiyyətli addımlar atılır. Savadlı, vətənpərvər, peşəkar gənclərin dövlət idarəçiliyinə yaxından cəlb olunması istiqamətində işlər görülür ki, bu da təqdirəlayiqdir”.



Politoloq bildirib ki, müasir, dünyagörüşlü, savadlı, xarici dilləri bilən, problemlərə müasir prizmadan baxa bilən gənclərin idarəetməyə cəlb olunması dövlət idarəetməsinin bütün sahələrində yaxşı nəticələrə gətirib çıxaracaq:

“Gənclərin idarəetməyə cəlb olunması işin səmərəli və effektiv qurulmasına kömək edəcək. Cənab Prezident korrupsiyada adı hallanmayan, savadlı, keçmişi təmiz kadrların idarəetməyə cəlb olunmasını əsas prioritet kimi götürür. İnanıram ki, bu çox yaxşı nəticələr verəcək. Çünki insanların dövlətə inamının artması bürokratik aparatda yer tutan kadrların şəxsi və işgüzar keyfiyyətlərinin yüksək səviyyədə olması ilə bağlıdır”.

“Vətəndaşlarının məmnunluğunun artırılması hamısı alqışlanası haldır. Kadrlar hər şeyi həll edir deyə məşhur bir ifadə var. Çünki onların qarşısına da vəzifələr qoyulur: idarəetmədə şəffaflıq, vətəndaşlarla işin çevik, səmərəli şəkildə qurulması və s. Bu baxımdan islahatlar çox ümidvericidir”, - deyə N.Məmmədova qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #politoloq   #islahat   #prezident  

Oxunub: 1533