Daxili təhlükəsizliyimizin sütunu: Polis Azərbaycanda hansı işləri görür - ARAŞDIRMA


13:15     30 Oktyabr 2019 2019/10/1559571156_05-226x300_1572426058.jpg

Bakıda keçirilən 19 oktyabr mitinqindən sonra radikal müxalifət ünsürləri polisi hədəf alaraq zorakılıq törədildiyini iddia edir. Baş vermiş icazəsiz mitinqin qarşısının alınması zamanı lentə alınan kadrlar paylaşılaraq ictimaiətə polisin imici barədə mənfi fikirlər formalaşmasına çalışılır. Bir növ bununla da Azərbaycan polisi hədəf alınır. Heç bir sosial bazası olmayan radikal müxalifət cəmiyyəti yalnış istiqamətə yönəldərək bu gedişlə özünə tərəfdar toplamağa çalışır.




Bəs mitinqdə polis necə davranmalıdır? Polisin vəzifə borcu nədir?

Femida.az bununla bağlı araşdırma aparıb. Əvvəla müxalifətin şəhərin mərkəzində keçirmək istədiyi mitinqdən başlayaq. Mitinq, piket və iğtişaş tam fərqli anlayışlardır. Əhalinin sıx hərəkət etdiyi məkanlarda ictimai asayişin pozulması, qarışıqlıq salınması artıq kütləvi iğtişaşa yönəlmiş cəhdlərdir. Həmin ərazidə Bakı sakinlərinin, xarici turistlərin sıx olduğunu nəzərə alaraq baş verə biləcək təxribatın, xoşagəlməz hadisənin qarşısı bəs necə alınmalı idi?


Suallara cavab tapmaq üçün ilk öncə polis kimdir və o üzərində hansı vəzifələri daşıyır sualına aydınlıq gətirək.



Polis - Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır;
Polis əməkdaşı - polis orqanlarında müəyyən vəzifə tutan və qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur;

Polis haqqında Azərbaycan Respublikasınının Qanununa görə, polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa idd əməllərdən qorumaqdan ibarətdir. Sözügedən Qanunda polisin vəzifələri sırasında ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda dövlət idarələrini və digər obyektləri mühafizə etmək və digər zəruri vəzifələr var. Qanundan da göründüyü kimi polis məhz əhalinin təhlükəsizliyini təmin etmək, baş verə biləcək hər hansı bir xoşagəlməz halın, qarışıqlığın, hətta terrorun qarşısını almaq məqsədi ilə icazəsiz mitinqin qarşısını almaqla Qanunla üzərinə düşən borcu yerinə yetirib.

Polis mitinqi yatırarkən silahdan və digər vasitələrdən istifadə edə bilərmi?



Qanunda bununla bağlı açıq və aydın şəkildə bəndlər mövcuddur.
Polis əməkdaşı kütləvi iğtişaşları, mitinqləri yatırmaq üçün xüsusi vasitələrlə təmin olunub. Bu vasitələrə dəyənəklər, əl-qolu bağlama vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar, rezin güllələr, suatan vasitələr, nəqliyyatın məcburi dayandırma vasitələri və Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələr daxildir.

Polisin qanuni əmrinə tabe olmadıqda güc tətbiqinə icazə verilirmi?Qanun nə deyir?


Qanuna görə, Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.


Polisdə tabeçilik prinsipi. Azərbaycan polisi özünü bu sahədə necə apardı?


Polis əməkdaşı öz səlahiyyətlərini həyata keçirərkən bilavasitə və birbaşa rəisinə tabedir. Polis əməkdaşı həmçinin tabeçilik üzrə yuxarı rəisin əmr və göstərişlərini icra etməyə borcludur. Hər hansı vəzifələrin yerinə yetirilməsinə cəlb edildikdə, polis əməkdaşı xidmət üzrə tabeliyi olmayan polisin yuxarı rütbəli şəxsinin əmr və göstərişlərini icra etməyə borcludur.


Azərbaycan polisinin hansı hüquqları var?


Polis əməkdaşı digər Azərbaycan Respublikası vətəndaşları kimi bu ölkənin vətəndaşıdır. Onun da hüquqları qanunla qorunur. Üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının aşağıdakı hüquqları vardır:

1)hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək;
2)cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq;
3)qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq;
4) cinayətin və digər hüquqpozmanın törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyənləşdirilmiş qaydada dövlət və qeyri-dövlət orqanlarına, müəssisələrə, idarələrə, təşkilatlara, siyasi partiyalara, ictimai birliklərə, həmkarlar ittifaqları təşkilatlarına və vəzifəli şəxslərə baxılması məcburi olan təqdimatlar vermək;
5) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yaşayış binalarına və ya digər tikililərə, torpaq sahələrinə, müəssisə, idarə, təşkilatların ərazilərinə və tikililərinə daxil olmaq; və s.


Polis nə zaman odlu silahdan istifadə edə bilər?



Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı yalnız aşağıdakı hallarda fiziki qüvvə tətbiq edə bilər:


1) hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda;
2) inzibati xətanı və ya cinayət törədən şəxs tutulduqda;
3) hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə.
II. Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələri aşağıdakı hallarda tətbiq edə bilər:
1)insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə;
2) qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə;
3)müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə mülkiyyət əleyhinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə;
4)ictimai təhlükəli əməl törətmiş şəxsi tutub polisə gətirərkən onun müqavimət göstərə biləcəyi və ya qaçma ehtimalı olduqda;
5) həbs olunanları müşayiət etdikdə;
6)şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimalı olduqda;


Gəlin, müqayisə edək. Azərbaycan polisi bu vasitələrin hansından istifadə edib?


Yayılan kadrlardan tam aydın görünür ki, polis əməkdaşları icazəsiz aksiyanın qarşısını alarkən dəyənəklərdən, xüsusi təyinatlı gözyaşardıcı qazlardan, rezin güllələrdən istifadə etmir. Belə olan halda polisi hansı zorakılıqda ittiham etmək olar?


Məntiqlə yanaşsaq mitinqdə qarışıqlıq zamanı kiçik xəsarətlərin qeydə alınması qaçılmazdır. Bunu polis zorakılğı kimi təqdim etmək nə dərəcədə ədalətli yanaşmadır? Polis zorakılığı ilə dağıdılan mitinqlərlə bağlı bir sıra xarici ölkələrdə baş vermiş nümunələrə diqqət yetirək. Özü də bu mənzərələr bu gün özünü dünyaya demokratiya beşiyi kimi təqdim edən elə Avropanın göbəyində əks olunur. Dünya ölkələrində də icazəsiz aksiyalar, qanunsuz piketlər məqbul sayılmır.

Dünyada, demokratik ölkələr sayılan əksər dövlətlərdə belə hallar zamanı necə davranmaqla bağlı çoxlu misallar var. Bu cür aksiyalar, mitinqlər xaos yaratmaq kimi dəyərləndirilir.





Ötən ilin dekabrında Fransada qiymət artımına qarşı keçirilən “Sarı jiletlilər”in nümayişləri zamanı polisin vətəndaşlara zor tətbiq etməsinə aid çoxlu sayda foto jurnalistlərin obyektivinə düşüb.
2019-cu ilin mayın 1-də Parisdə 1 May münasibətilə ilə keçirilən mitinqdə polis nümayişçilərə zor tətbiq edib.

Avropanın digər ölkəsi İtaliyada da polislər qanunsuz aksiyalar zamanı zor tətbiq edir.

Ümumiyyətlə. Avropa son illər polis zorakılığının ən çox tətbiq edildiyi regionlardan birinə çevrilib.




Bir neçə il öncə Frankfurt, London, Madrid, Lissabon kimi iri şəhərlər Avropa Mərkəzi Bankının fəaliyyətinə olan etiraz dalğalarından silkələnmişdi.
Buna görə Almaniyanın Frankfurt şəhərində “Blockupy” hərəkatı zamanı kütləvi aksiyalar təşkil edilirdi.Bu zaman da polis aksiya iştirakçılarına qarşı zor tətbiq etmişdi.

Dünyanın ən demokratik ölkəsi sayılan Amerika Birləşmiş Ştatlarında da etirazlar zamanı polis zor tətbiq edir.
ABŞ-da hətta polisi qəddarlıqda ittiham edirlər, polis zorakılığına qarşı da aksiyalar keçirilir.
2014-cü ildə Türkiyənin “Anadolu” agentliyinin əməkdaşı Bilgin Şaşmaz ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində qaradərili gəncin öldürülməsinə görə keçirilən etiraz aksiyalarını işıqlandırarkən polis zorakılığına məruz qalmışdı.

Ümumiyyətlə, son zamanlar icazəsiz kütləvi aksiyalar dünyada daha da geniş yayılır.



Yunanıstan, Honq Konq,Venesuela, Ekvador, Rusiya, Ukrayna, Gürcüstan və sair ölkələrdə müxalif düşüncəli qüvvələrin radikallaşması nəticəsində onlar qanundan kənar hərəkətlərə yol verirlər. Mitinqlər üçün yer ayrılsa da, onlar müəyyən olunmuş qaydaları pozurlar.

Rusiyada da polislər etirazlar zamanı nümayişçilərə qarşı sərt tədbirlər görürlər.




Bu nümunələri istənilən qədər uzatmaq da olar. Gətirilən misallardan da məlum olur ki, Azərbaycan polisi həmin gün zorakılıq yox, Qanunla müəyyən edilmiş vəzifə borcunu yerinə yetirib.


Azərbaycan polisinin humanist addımları: Nümunələr var...

Azərbaycan polisinin tarixi nümunəvi insanlarla zəngindir. Hələ Qarabağ müharibəsi başlayan zaman Milli Ordunun yaranmadığı vaxtlarda o zamanlar milis adlandırılan polis əməkdaşları düşmənlə üz-üzə dayanaraq ermənilərə müqavimət göstərib. Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olub. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülüb. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.

Müasir dövrün qəhrəman polisləri...Onları bir daha tanıyaq...



(Yanğın zamanı körpəni xilas edən polis əməkdaşı)





(Bu foto da məhz Azərbaycan polisinin öz vətəndaşının yardımana, dəstəyinə gəldiyini göstərən ən gözəl nümunələrindən biridir. Qarabağ uğrunda sağlamlığını itirən qazimizi Azərbaycan polisi şəhidlərin önünə bu cür apardı. Əlləri üstdə.)






(Azərbaycan polisi ceyranı xilas etdi)



(Yanğın nəticəsində evdə qalan azyaşlı qızı polis xilas edir)




(Bakıda polis turistin həyatını belə xilas etdi)




(Bakıda polis 12 yaşlı qızı ölümdən belə xilas etdi)






(Azərbaycan polisi bu hərəkəti ilə dünya qəzetlərində manşet oldu)

Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #Azərbaycan_polisi   #xəbərlər   #Daxili_işlər   #femida  

Oxunub: 3553