ABŞ səfiri Türkiyə XİN-ə çağırılıb


12:11     30 Oktyabr 2019 2019/10/9016ac96-64b7-4473-9a64-39a7f6f30344_1572423123.jpg


ABŞ-ın Ankaradakı səfiri David Satterfild Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


Femida.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Diplomata ABŞ Konqeresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qanun layihəsinə görə etiraz notası təqdim olunub.

Qeyd edək ki, oktyabrın 29-da ABŞ-ın Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı layihəni qəbul edib. 405 konqresmen qətnamənin lehinə, 11-i isə əleyhinə səs verib.

Layihəni Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri, Demokratlar Partiyasının üzvü, Kaliforniya dan konqresmen, ermənipərəst Adam Şiff təqdim edib. Məlumata görə, qətnamə Konqresin Yuxarı Palatasında (Senat) da səsverməyə çıxarılacaq.

Femida.az

Açar sözlər: #Türkiyə   #XİN   #səfir  

Oxunub: 365