Gələn il MDB-yə sədrlik Özbəkistana keçəcək


12:40     30 Oktyabr 2019 mdb.jpg


"Təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB ölkələri başçılarının oktyabrın 11-də Aşqabadda və oktyabrın 25-də MDB hökumət başçılarının Moskvada keçirilən iclasında bir daha təsdiqlənib".

Femida.az xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, MDB Müdafiə Nazirləri Şurasının praktik fəaliyyəti davamlı olaraq çoxsahəli hərbi əməkdaşlığın inkişafına töhfə verir.

S.Lebedev qeyd edib ki, MDB Müdafiə Nazirlərinin hər bir görüşü MDB ölkələrinin hərbi əməkdaşlığının genişləndirilməsində ümumi maraqların olduğunu göstərir. "Buna nümunə olaraq bugünkü görüşün gündəliyində 20-dən çox məsələnin olmasıdır".

İcraiyyə Komitəsinin sədri vurğulayıb ki, gələn il MDB-yə sədrlik Özbəkistana keçəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 334