Evlərdən oğurluq edən əcnəbi vətəndaş tutulub


13:07     30 Oktyabr 2019 1411037493_shirvanda-ogru-deste-tutuldu-cenubnews.jpg

Bakıda oğurluq hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 430