Bakıda Müdafiə nazirləri razılığa gəldilər - Hərbi əməkdaşlıq Konsepsiyası təsdiq edildi
13:27 30 Oktyabr 2019
Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası zamanı nazirlər hərbi əməkdaşlığın inkişafına dair vəziyyəti analiz edib və gələn il, həmçinin yaxın perspektivdə keçiriləcək birgə tədbirləri müəyyənləşdiriblər.
Femida.az Axəbər verir ki, bu barədə Bakıda keçirilən MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclasının yekunlarına dair məlumatda bildirilib.
Qeyd olunub ki, iclas zamanı iştirakçılar Suriyada döyüş əməliyyatları zamanı uçan pilotsuz aparatların hücumlarının qarşısının alınması təcrübəsi barədə informasiyanı dinləyiblər: "MDB-yə üzv ölkələrin ortaq hava hücumundan müdafiə sistemlərinin planlı şəkildə inkişaf etdirilməsi məqsədilə Nazirlər Şurası gələn il üçün birgə tədbirlər planı təsdiqlənib. Həmçinin, ortaq sistemin sonrakı funksionallığı, hava-kosmik müdafiə hədəflərinin həllinə adaptasiyası üçün maliyyə aspektləri razılaşdırılıb. Gələn il MDB ortaq hava hücumundan müdafiə qoşunlarının birgə kompüter komanda-qərargah təlimləri (Regional təhlükəsizlik-2020) keçiriləcək".
Məlumata əsasən, şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarının layihələrini, radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə sistemin hazırlanmasını müzakirə ediblər.
İclasda “Beynəlxalq Ordu Oyunları – 2019”un nəticələri də müzakirə olunub. MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, beynəlxalq innovativ elmi ideyalar festivalının keçirilməsi, həmçinin, İkinci Dünya müharibəsindəki Qələbənin 75 illiyinin qeyd olunmasına hazırlıq məsələləri nəzərdən keçirilib.
"MDB Müdafiə Nazirləri Şurasının 77-ci iclası zamanı qəbul olunan qərarlar MDB formatında çoxtərəfli əməkdaşlıq sisteminin təkmilləşdirilməsinə yönəlib və hərbi sahədə qarşılıqlı, səmərəli tərəfdaşlıq əlaqələrinin inkişafına töhfə verəcək" , - deyə məlumatda vurğulanıb.
Femida.az
Oxunub: 465
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb