İsrail Ukrayna və Rusiyadakı səfirliklərini də bağladı


14:23     30 Oktyabr 2019 19_10_30_1572431025.jpg


İsrail Ukraynadakı diplomatik nümayəndəliyini dayandırmaq qərarına gəlib.

Femida.az xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfirliyinin sosial şəbəkədəki səhifəsində məlumat verilib.

Diplomatlar, ölkənin Maliyyə Nazirliyinin qərarı səbəbiylə belə bir addım atdıqlarını söyləyiblər

“İsrail Maliyyə Nazirliyinin 21 iyul 2019-cu il tarixində Maliyyə Nazirliyinin Baş Direktoru tərəfindən razılaşdırılmış və imzalanan müqavilələri pozması və bir neçə onilliklərdir davam edən protokolu dəyişdirən birtərəfli qaydada tətbiq edilməsi qərarı səbəbiylə diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq. Konsulluq xidmətləri göstərilməyəcək və heç kimin səfirliyə / konsulluğa girməsinə icazə verilməyəcək”, - deyə məlumatda qeyd olunub.

Diplomatik şöbə, İsrail dövlətinin həyati mənafelərinə xələl gəldiyindən belə tədbir görməyə məcbur olduqlarını da əlavə edib:

“İsrail diplomatları daim İsrailin gücünü və dayanıqlığını gücləndirməyə çalışmalıdırlar. Təəssüf ki, Maliyyə Nazirliyinin qərarı İsrail dövlətinin həyati mənafelərinə xələl gətirdiyindən bizim yuxarıda göstərilən tədbirləri həyata keçirməkdən başqa çarəmiz qalmır. Ümid edirik ki, bu böhran ən qısa zamanda həll ediləcək”.

İsrailin Sankt-Peterburqdakı Baş Konsulluğu da oktyabrın 30-dan etibarən işini “əlavə xəbərdarlığa qədər” dayandırdırdığını elan edib.

Bildirilib ki, İsrail diplomatik nümayəndəliyinin müvəqqəti bağlanması ölkənin Maliyyə Nazirliyinin razılaşmaya və maliyyələşdirmə qaydasına dəyişiklik edilməsi barədə qərarı ilə əlaqələndirilir.

“Oktyabrın 30-dan sonrakı xəbərdarlığa qədər diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq. Konsulluq xidmətləri göstərilməyəcək və heç kim konsulluğa qəbul edilməyəcək”- deyə xəbərdalıqda vurğulanıb.

Qeyd edək ki, İsrailin Sankt-Peterburqdakı Baş Konsulluğu da xaricdə İsrail vətəndaşlarının qeydiyyatı, vətənə qaytarma məsələlərində iştirak edir və bir sıra notarial xidmətlər göstərir.

Femida.az

Açar sözlər: #İsrail  

Oxunub: 534