Məktəbli qız dərs vaxtı kəllə beyin travması aldı


14:54     30 Oktyabr 2019 19_10_30_1572432951.jpg


Oğuz rayonunda şagird orta məktəbdə xəsarət alıb.


Femida.az-ın məlumatına görə, hadisə Oğuz rayonu 3 saylı orta məktəbdə baş verib.

Məktəbin 6-cı sinif şagirdi, 2008-ci il təvəllüdlü Elnarə Şəfiyeva idman dərsi zamanı stadionda qapı dirəyinə çırpılıb. Hadisə nəticəsində şagird kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Hazırda şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 536