Türkiyədə millət vəkili avtomobil qəzasına düşüb


15:02     30 Oktyabr 2019 2019/10/0d228915-36ac-4ab7-addd-1488c9b71231_1572433338.jpg

Türkiyə Böyük Millət Məclisinin müxalif Cümhuriyyət Xalq Partiyasından olan deputatı Mahir Polat avtomobil qəzasına düşüb.


Femida.az “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da İzmir əyalətinin Bayandır rayonunda baş verib.

Qəza nəticəsində millət vəkili yaralanıb. M.Polad Torbalı rayonundakı dövlət xəstəxanasına yerləşdirilib. Onun səhhətinin normal olduğu bildirilib.

M.Polat tədbirə gedirmiş.

Açar sözlər:

Oxunub: 501