Polisdən uğurlu əməliyyat: Narkotikə görə saxlandı
15:16 30 Oktyabr 2019
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat xidmətindən Femida.az -a bildirilib ki, əldə edilən əməliyyat məlumatı əsasında Yevlax rayon sakini Cəlal Abduyev yaşadığı Havarlı kəndinin yaxınlığında polislər tərəfindən tutulub.
Onun evinə baxış keçirilən zaman 2 kiloqram 15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Cəlal Abduyev barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Oxunub: 454
Oxşar xəbərlər
- Polisdən əməliyyat - 128 kq narkotik götürüldü (VİDEO)
- Polisdən uğurlu əməliyyat: 22 kq-dan artıq narkotik aşkarlandı
- Polisdən əhaliyə müraciət - Maska taxın, çalışın avtobusa minməyin!
- Polisdən bankomat oğrusu ilə bağlı əhaliyə MÜRACİƏT
- Polisdən “plyonka” xəbərdarlığı - 3 gün sonra...
- Polisdən uğurlu əməliyyat: Tutulanlar var
- Polisdən uğurlu əməliyyat: 28 cinayətin üstü açıldı
- Polisdən ən çox şikayət edilən rayonların adları açıqlanıb - SİYAHI
- Polisdən narkotacirlərə qarşı əməliyyat: Tutulanlar var
- Polisdən silsilə narkotik əməliyyatları - 6 nəfər TUTULDU