İki rayonda 419 fərdi evə qaz verilib


16:24     30 Oktyabr 2019 qaz7.jpg

Bu gün Şamaxı şəhərinin genişləndirilmiş hissəsinə qaz verilib.


Femida.az-ın "Azəriqaz" İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bu gün aparılan tikinti-quraşdırma işləri başa çatdırılıb, qaz kəmərləri müvafiq qaydada istismara qəbul edilib.

Layihə çərçivəsində 21 815 m uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 2 ədəd tənzimləyici və 56 ədəd siyirtmə quraşdırılıb. Şəhərin bu hissəsində 208 yeni tikilən fərdi ev qazla təmin olunub.

Bu gün eyni zamanda Masallı rayonunun Xoşçobanlı kəndində də 211 fərdi evə qaz verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 317