Sabiq icra məmuruna və müstəntiqə hökm oxundu


16:21     30 Oktyabr 2019 1398947325_mehkeme.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Vüqar Poladov və Misir Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Vüqar Poladov 8600 manat cərimə edilib və onun vəkillik fəaliyyəti ilə məşğul olması 2 illik qadağan edilib. Bu iş üzrə digər təqsirləndirilən sabiq müstəntiq Misir Əmirov isə 5000 manat cərimə edilib.

İttihama əsasən, V.Poladov müxtəlif işləri həll etmək adı ilə vətəndaşlara vəd verərək pul almaqda ittiham olunur. Ona külli miqdarda dələduzluq və rüşvət verməyə təhrik etmə əməlləri ilə bağlı müvafiq maddələrlə ittiham verilib.

Qeyd edək ki, ki, Vüqar Poladov Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru olub. O, uzun müddət İctimai Televiziyada "İcra məmuru" rubrikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib. Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 428