9 ayda Azərbaycanda 10 yeni körpü tikilib


16:37     30 Oktyabr 2019 19_10_30_1572439099.jpg


Cari ilin 9 ayı ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 10 yeni körpü tikilib, 12 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilib, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılıb.


Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bildirib. Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində Bakı şəhərində təmirə ehtiyacı olan ümumi uzunluğu 242,8 kilometr küçə və avtomobil yollarında, habelə qəsəbədaxili yollarda əsaslı təmir işləri yerinə yetirilib.

Qeyd olunub ki, Tədbirlər Planına əsasən, həmçinin Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq 9 ayda ümumi uzunluğu 903,5 kilometr təşkil edən 32 layihə üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Buraya 4 respublika əhəmiyyətli, 23 kəndlərarası və Bakı şəhərinin 5 qəsəbələrarası avtomobil yolu layihələri daxildir.

Femida.az

Açar sözlər: #körpü  

Oxunub: 496