Erməni məmurların gizli səs yazısı MDB ərazisindən yayımlanıb


16:53     30 Oktyabr 2019 19_10_30_1572440016.jpg


"Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbəri Artur Vanetsyanla Sasun Xaçatryanın səs yazısı MDB ərazisindən yayımlanıb".


Femida.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryan bildirib.

"Fayl Ermənistandan deyil, MDB ərazisindən yayımlanıb. İstintaqın maraqlarına əsaslanaraq konkret yeri açıqlaya bilmərəm", - deyə Qriqoryan əlavə edib.

Səs yazısının Rusiyadan yayılması barədə sualdan Qriqoryan gülərək yayınıb.

Qeyd edək ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin o zamanki rəhbəri Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar.

Telefon söhbətində Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar.

Xatırladaq ki, Artur Vanesyan bu il sentyabrın 16-da istefa verib.

Femida.az

Açar sözlər: #erməni  

Oxunub: 488