1 milyonluq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub


18:43     30 Oktyabr 2019 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsinə dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.



Femida.az -ın xəbərinə görə hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Aqil Qədirovun 12 il, Elnur Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Cinayət işində 33 zərərçəkmiş var.

"Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.

İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Açar sözlər:

Oxunub: 483