İŞİD ABŞ-ı terrorla hədələdi


20:22     19 Noyabr 2015 49183154beb7fa564d6e422c25fb3ca1(1).jpg

Terrorçular 24 saniyəlik video yayıb.


Femida.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, terrorçuların sosial şəbəkədə yaydığı 24 saniyəlik videoda İŞİD-in Nyu-York-un mərkəzində yerləşən "Tayms" Meydanında terror aktı törədəcəyi qeyd edilir.

Video İŞİD üzvü olan canlı bombanın namaz qılıb, dua etmə görüntüsü ilə başlayır. Bundan sonra canlı bomba kimi təqdim edilən şəxs partlayıcını necə hazırladığını qısa göstərir və dərhal Nyu-Yorkun görüntüləri ekrana gəlir.

Nyu-Yorkda insanların ən çox cəmləşdiyi yerlərdən olan "Tayms" Meydanı görüntülərinin ekrana gəldiyi vaxt isə ətraf qaranlığa bürünür.

Bu video ilə İŞİD-in ABŞ hökumətinə xəbərdarlıq mesajı göndərdiyi bildirilir.

Açar sözlər:

Oxunub: 517