Ulduz futbolçunun evinə silahlı basqın


17:58     30 Oktyabr 2019 19_10_30_1572441701.jpg

İtaliya millisi və “Yuventus”un sabiq futbolçusu Klaudio Markizio silahlı hücuma məruz qalıb.

Femida.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ötən axşam 4 silahlı soyğunçu keçmiş yarımmüdafiəçinin evinə girib.

Cinayətkarlar Markizio və həyat yoldaşını tapança ilə hədələyiblər. Buna görə də futbolçu onlara pul və qiymətli əşyalar vermək məcburiyyətində qalıb.

Markizio soyğunla bağlı polisə məlumat verib, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 478


Oxşar xəbərlər