Şoyqu: “Rusiya və Türkiyə prezidentlərinin imzaladığı memorandum çətinliklə həyata keçirilir”


17:48     30 Oktyabr 2019 19_10_30_1572441805.jpg

Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycan Prezidenti İlham Əliyevin MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbulu zamanı Rusiya və Türkiyə Silahlı Qüvvələrinin Suriyada hərbi əməliyyatlarda birgə iştirakı barədə danışıb.



Femida.az -ın xəbərinə görə, Rusiya Müdafiə naziri bildirib ki, son hadisələr, Soçidə aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar, Rusiya və Türkiyə prezidentləri tərəfindən imzalanmış memorandum çətinliklə həyata keçirilir.

“Lakin görürük ki, bu, sülhün bərqərar olması, Suriyanın suverenliyinin qorunub saxlanması üçün yeganə üsuldur”, - deyə S. Şoyqu qeyd edib.

Açar sözlər:

Oxunub: 526


Oxşar xəbərlər