Azərbaycana səfər edən amerikalı turistlərin sayı artıb


18:08     30 Oktyabr 2019 1426079192_turistbaki.jpg

Azərbaycana səfər edən amerikalı turistlərin sayı artıb.



Dövlət Turizm Agentliyindən Femida.az-a verilən məlumata görə, bu barədə Agentliyin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüş zamanı bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ-lı turistlərin sayı 15 min nəfər təşkil edib.

“Bu da ötən ilin eyni dövrünə nisbətdə 8% artım deməkdir”, - deyə F. Nağıyev qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 498